Heç kim Ukraynaya NATO ya daxil olmağı təklif etməyib

23.05.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Kiyevin NATO-ya inteqrasiyası ilə bağlı müzakirələr nəzəri xarakter daşıyır; heç kim Kiyevin alyansa üzv olmasını təklif etməyib.
Missiya.Az
xəbər verir ki, bu barədə mayın 23-də Polşa Seymi sədrinin müavini Kşiştof Bosak RMF radiostansiyasının efirində bildirib.

“Mənim üçün Ukraynanın NATO-ya daxil olması ilə bağlı məsələ sırf nəzəri müzakirədir. Nə amerikalılar, nə almanlar, nə fransızlar, nə də ən güclü NATO ölkələrindən heç biri Ukraynaya NATO-ya üzv olmağı təklif etmir”, - o vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью