Heç kimi saymayan sürücü əks yola çıxıb təhlükə yaratdı 90 AA 213 VİDEO

10.06.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü təhlükə saçıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 4-də, paytaxtın Xaqani Rüstəmov küçəsində qeydə alınıb. Belə ki, 90-AA-213 qeydiyyat nişanlı "Zeekr" markalı avtomobilin sürücüsü yolda tıxac olduğunu görərək hərəkət hissəsinin sol tərəfinə keçib. O, əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Qarşıdan avtomobillərin gəldiyini görən zaman isə onların üzərinə sürərək təhlükə yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью