“Heç kimin bilmədiyi silahımız var” Tramp hədələdi

10.04.2025

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin indiyə qədər dünyaya məlum olmayan silaha malik olduğunu bəyan edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evdə danışan Tramp ABŞ-nin malik olduğu gizli silahın analoqu olmadığını bəyan etməklə yanaşı, Çinin bunu nəzərə almasını istəyib: "Bizim heç kimin bilmədiyi silahlarımız var. Bu, dünyanın ən güclü silahıdır və mövcud olan silahlardan qat-qat üstündür". Tramp təfərrüatları açıqlamayıb.

O, Çinə qarşı ticarət savaşının hərbi eskalasiyaya çevrilməsi ehtimalını qəbul etməyib: "Prezident Si dünyanın ən ağıllı adamlarından biridir və onun buna imkan verəcəyini düşünmürəm".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью