Heç kimin ciddiyə almadığı bu nişana görə cərimələr yazılmağa başladı FOTO

04.02.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda nişanlanma xəttinin tələbini pozan sürücülər barəsində elektron cərimələr tətbiq edilməyə başlayıb. Avtosfer.az xəbər verir ki, sürücülərdən biri paytaxtın Mirzə Qədim İrəvani küçəsi ilə hərəkət edən zaman (Heydər Əliyev Mərkəzinin yaxınlığında) zolaqlar üzrə hərəkəti bildirən nişanlanma xəttinin tələbini pozub. Bu səbəbdən ərazidə yerləşən kamera vasitəsilə həmin sürücü cərimələnib.

Qeydə alınmış fotodan da göründüyü kimi, sürücü hərəkətin yalnız sola təşkil edildiyi zolaqdan düzünə gedərək qaydaları pozub.

Protokola əlavə edilmiş həmin fotoşəkli təqdim edirik.

Fərid

Oxunub 230

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью