Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ilin dekabrında “Araz-Naxçıvan”dan istefaya göndəriləndən sonra işsiz qalan Elmar Baxşıyevin adı U-19 ilə yanaşı hallanır. Onun bu komandada İlham Yadullayevin gedişindən sonra vakant olan baş məşqçi vəzifəsini tutacağı ilə bağlı iddialar var.
Bəs Elmar bəyin bu varianta münasibəti necədi? AFFA-dan təklif gələrsə, qəbul edəcəkmi? Ümumiyyətlə, onun üçün hansı daha cəlbedicidi: klub futbolu, yoxsa yığmalarda çalışmaq? Bu suala cavab tapmaq üçün Elmar Baxşıyevlə əlaqə saxladıq:
“Heç kimlə danışıq aparmamışam. Ona görə heç nə deyə bilmərəm”.
İSRAYIL XEYRULLAYEV