“Heç vaxt brendə 5 min avro vermərəm, saxtasını alıram“

18.08.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin məşhur sənətçisi Seda Sayan “Kafa TV” proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi bahalı brendlərə minlərlə dollar xərcləmək əvəzinə, bəzən saxta çanta və geyimlərə üstünlük verdiyini açıq şəkildə etiraf edib. Seda Sayan bu mövzuda “Gucci” filminə istinad edərək orijinal və imitasiya məhsullar arasındakı fərqin bəzən yalnız brend adından ibarət olduğunu deyib.

“Gucci“ filmini izləmisiniz? Orada da deyilir ki, bazarda satılan saxta məhsulları da özləri buraxır. Eyni maldır, bazarda da satılır. Niyə hansısa brendə 5 min avro verim? Hətta bir dəfə Parisdə saxta “Louis Vuitton“la mağazalarına girdim. Satıcı özü belə onun saxta olduğunu anlamadı” deyə, Sayan bildirib.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью