Heç vaxt burada keçirdiyim bir günü belə unuda bilmərəm

25.05.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Karlo Ançelotti "Real"ın azarkeşləri qarşısında vida çıxışı edib.

Sportal.az xəbər verir ki, Ançellotti bunları qeyd edib:

"Mənim üçün bu klubun, bu komandanın baş məşqçisi olmaq böyük şərəf və zövq idi. Əvvəlcə əziz prezidentim Florentino Perezə təşəkkür etmək istəyirəm. Bu qeyri-adi səviyyəli futbolçulardan ibarət komandaya rəhbərlik etmək əla hiss idi. Bu anları sizinlə bölüşmək möhtəşəm idi.

Sizinlə birlikdə bu tarixi yaşamaq – bu qeyri-adi idi. Heç kim Benzemanın PSJ-yə vurduğu üç qolu, Rodriqonun "Mançester Siti"yə vurduğu iki qolu, Modriçin "Çelsi" ilə oyunda verdiyi ötürməni, Xoselunun iki qolunu unuda bilməz. Mən burada keçirdiyim heç bir günü unuda bilmərəm.

Sonda bircə sözüm var: yaşasın Madrid – və bu qədər! Mən sizi çox sevirəm."

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью