“Heç vaxt cəhd etməkdən vaz keçmədim” Messidən səmimi etiraf

23.10.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi gələcək futbolsevərlərin yaddaşında necə qalmaq istədiyindən danışıb.

“Qafqazinfo” “All About Argentina” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçu karyerası boyunca əldə etdiyi uğurlara və əsas götürdüyü prinsiplərə toxunub.

Səkkizqat “Qızıl top” mükafatçısı öz irsi barədə danışarkən bunları deyib:

“Məni necə xatırlamalarını istərdim? Həmişə məqsədlərinə çatmaq və xəyallarını gerçəkləşdirmək üçün mübarizə aparan böyük bir idmançı kimi. Bəzən istədiyimə nail ola bilirdim, bəzən isə yox, amma qarşıma çıxan hər şeyi qazanmaq üçün cəhd etməkdən heç vaxt vaz keçmədim”.

Məlumat üçün bildirək ki, Lionel Messi 2000-ci ildən “Barselona”nın aşağı yaş qruplarında olub, 2004-2021-ci illərdə isə Kataloniya təmsilçisinin əsas heyətində çıxış edib. Bu müddət ərzində o, 10 dəfə İspaniya çempionluğu və 4 dəfə Çempionlar Liqası zəfəri daxil olmaqla, ümumilikdə 35 titul qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью