“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” Ceki Çan

10.08.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çanın Azərbaycanda çəkilən filmi “Tanrının zirehi: Ultimatum”un çəkilişləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, filmin süjetinin mərkəzində “Asiya şahini”nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır.

Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır.

Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq. Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.

“İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır”, - deyə Ceki Çan bildirib.

Qeyd edək ki, “Tanrının zirehi: Ultimatum” filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью