Heç vaxt efirdə bunu etməyəcəyəm

31.01.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Efirdə heç vaxt yemək yeməyəcəyəm. Günahdır, yaraşmaz. Mən yeyirəm, orada ac uşaq baxır. Gecə ac yatıb, səhər durur yemək yoxdur. Göz haqqı var".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi efirdə yemək yeyənləri tənqid edib:

"Heç vaxt etməyəcəyəm. Bir verilişə getdim, xanım aparıcı mənə görə stola yemək qoymadı".

Meyxanaçı hər yerə öz stəkanı ilə getdiyini də söyləyib:

"Mənim su içəndə də öz stəkanım olmalıdır. Maşınımdadır, hər yerə aparıram. Evdə də tapşırmışam, xahiş etmişəm ki, mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью