Heç vaxt Rusiya əleyhinə hərəkət etməyəcəyik

10.02.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Biz heç vaxt Rusiya əleyhinə hərəkət etməyəcəyik“.

AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Paşinyan ABŞ vitse-prezidenti Vensin səfəri ilə bağlı İctimai Televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, heç kim onları Rusiyaya qarşı addımlar atmağa inandıra bilməz. “Amma biz həmişə Ermənistanın maraqlarından çıxış edəcəyik”.

Paşinyan deyib ki, ABŞ ən azı 99 illiyə Ermənistana investisiya qoyacaq. “Bu o deməkdir ki, dünyanın ən güclü ölkəsi investisiya yatırır, yəni uzunmüddətli sabitlik və təhlükəsizlik amili yaranır. Tariximizdə elə bir dövr xatırlamıram ki, müstəqilliyimizi bu qədər uzun müddət qorumaq perspektivi barədə bu qədər əminliklə danışa bilək”.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью