Heç vaxt söyüş tərəfdarı olmamışam Elşad Xose | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.
Ölkə.az xəbər verir ki, reper həbs olunması ilə bağlı videoaçıqlama yayıb. "Mən heç vaxt söyüş söyməyin tərəfdarı olmamışam.
Adi həyatda müəyyən hallarda söyüş söyən olsam da, onun da bir yeri var. Heç vaxt söyüş tərəfdarı olmamışam.
Həmişə söyüşün əleyhinə olmuşam. Burda da o söz birləşməsindən istifadə etməyim söyüşdən sui-istifadə deyil.
Ünvansız olaraq fikrimi bildirmişəm. Sadəcə bu", - deyə E.Xose bildirib.
Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda ünvansız nalayiq ifadələr işlətdiyinə görə saxlanılmışdı.
Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi. Həmidə İbrahimova Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izlə
Tam oxu
Xəbəri oxu