Həcc ayinlərinin vaxtı açıqlanıb

08.05.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri "Report"un sorğusuna cavab olaraq deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью