Həcc üçün nə qədər boş yer qalıb? QMİ dən CAVAB

04.04.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub.

Modern.az Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri ilə həmsöhbət olub.

O bildirib ki, Həcc ziyarəti ilə bağlı müraciət edənlərin sayı 1000-i ötüb:

“Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın yaxın zamanda dolmasını gözləyirik”.

V.Cahangiri qeyd edib ki, Həcc ziyarəti ilə bağlı müraciət edənlərdən heç kimə rədd cavabı verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью