Həcc ziyarəti niyə 1 ayda olmalıdır? Quranda 3 aydır... | Icma.az
Axar.az saytına istinadən Icma.az xəbər verir. Cümə namazına gedin, orda soruşun, görün onların biri “Fatihə” sürəsinin tərcüməsini bilirmi?
Axar.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri Teleqraf-a geniş müsahibəsində deyib.
“Bu gün Quranı müasir ərəb dilinə uyğunlaşdırıb bir ərəbə verək. Yazılır ki, Həcc məlum aylardadır.
Ərəbcəyə görə “məlum aylar”, yəni bir sözün cəm şəklində olması üçün ən azı onun ehtiva etdiyi subyekt 3-dən çox olmalıdır.
Burdan başa düşürük ki, Həcc üç ayda olmalıdır. Bəs niyə bunu Zilhiccə ayında keçirirsən? Ərəb də deyir ki, Peyğəmbər belə edib.
Soruşuram ki, Peyğəmbər neçə dəfə Həccə gedib? Deyir, bir dəfə. Deyirəm, bəlkə, bir neçə dəfə getsəydi, başqa ayda gedəcəkdi?
Deməli ki, sən Qurana zidd gedirsən, onun aşkar hökmünü inkar edirsən.
Deyirlər ki, Quran hədisi dəyişə bilməz, ancaq hədis Quranı dəyişə bilər. Bu müşriklikdir, onlar bu müşrikliyə qol çəkiblər.
Tam oxu
Xəbəri oxu