Həccə gedək, yoxsa xeyriyyəçilik edək? Elşad Miridən şok açıqlama | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq indidən start verilir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”.
Qeyd edək ki, hər dəfə Həcc mövsümü cəmiyyətdə geniş müzakirə olunur, yenə eyni məsələlər gündəmə gəlir, Bu qədər vəsaiti Həcc ziyarətinə sərf etməyə dəyərmi?
Yəni burada söhbət birinci dəfə yox, ziyarətə artıq təkrarən gedən şəxslərdən gedir.
Bildirək ki, İslamın beş təməl şərtindən biri olan Həcc, həm mal, həm də bədənlə edilən bir ibadətdir.
Tam oxu
Xəbəri oxu