Həccə gedənlərin nəzərinə: Qeydiyyat üçün vaxt AZALIR

03.01.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir.

Modern.az xəbər verir ki, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.

Qeyd edilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Əlavə olaraq bildirilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью