Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanı 75 mindən çox insanın Həcc qaydalarını pozduğuna görə ölkədən çıxarıldığını açıqlayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru Məhəmməd əl-Bəssami çıxış edib.
O, Məkkə şəhərində keçirilən mətbuat konfransında əlavə edib ki, Səudiyyə Ərəbistanında yaşayış icazəsi olan, lakin Həcc sənədi olmayan təxminən 270 min insan Məkkəyə buraxılmayıb.
M.Bassami, həmçinin 252 saxta Həcc təşkilatını, 1 239 qeyri-qanuni daşıyıcını və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsini aşkar etdiklərini bildirib.