Həcər Nəbinin ölümündən sonra erməni ilə evlənib? Gerçək belədir ki... | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sosial mediada yayılan bir çıxışı tənqid obyektinə çevrilib.
O, xalq qəhrəmanı Qaçaq Nəbinin ölümündən sonra həyat yoldaşı Həcərin 7 dəfə ailə qurduğunu və hətta ikisinin erməni olduğunu iddia edib.
Bu sözlər izləyicilərin narazılığına səbəb olub. Tarix bu haqda nə deyir? Həcər Nəbinin ölümündən sonra erməni ilə ailə qurubmu?
Globalinfo.az-a danışan araşdırmaçı yazıçı Məhbubə Cəfər deyib ki, Həcər Nəbinin ölümündən sonra qohumlarının köməyilə Qubadlının Mollu kəndinə gətirilib: “Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib.
Həcər onunla Molluda çox yaşayıb. Nəbidən övladı olmasa da, Həmzədən bir qızı doğulub.
Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb.
Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı xalq qəhrəmanımıza qarşı əks-təbliğata başlayıb.
Tam oxu
Xəbəri oxu