Həddi b(ilbao)uluğ matçı | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Kənan Məstəliyev Məğlubiyyət kimdən alınmasından, obyektiv və ya subyektiv səbəblərdə
Belə hallarda avtomatik günahkar axtarışına çıxmaq da normaldır. Futbol hisslər oyunudu, onları cilovlamaq çətin olur.
Əsl doğru olan isə günahkarı yox, səbəbi axtarıb tapmaqdır. Məhz bunu edək və sualı belə qoyaq: Bilbaodakı 1:3-lük nəticə niyə qeydə alındı?
1. Keyfiyyət. Mənə görə "Qarabağ"ın yenilgisinin əsas səbəbi budur.
Heyətində ulduz futbolçuları olan "Atletik"in oyunu dəyişmək, müxtəlif addımları atmaq, sürəti saxlamaq və ya artırmaq, həmçinin digər vacib yerdəyişmələri etmək şansı vardı.
100 milyondan çox qiyməti olan Uilyams qardaşlarının yerinə çıxan futbolçular belə fərq yarada, iki uzaqdan zərbə ilə oyunu çevirə bilir, qollarda bilavasitə iştirak edirlər.
"Qarabağ" isə bura gələnə qədər qohumlarından başqa heç kimin tanımadığı futbolçularla nəticə qazanıb.
İllərdir qurulan və saat kimi işləyən mexanizmin hesabına maksimum nə xal, uğur əldə etmək mümkündüsə, əldə edilib.
Tam oxu
Xəbəri oxu