Həddindən artıq çox işləyən insanların NƏZƏRİNƏ!

16.11.2024

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texas Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri riski artmış olur.

MedicalDaily xəbər verir ki, araşdırmanın müəllifləri 1986-2011-ci ilər arasında yaşı 18-dən yuxarı olan 2000 nəfər insana nəzarət edirdilər.

Nəticədə məlum olub ki, iş vaxtı qurtardıqdan sonra işdə tez-tez əlavə qalan və həftədə 45 saatdan artıq işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir. Bu insanların 43%-də stenokardiya, ürək çatışmamazlığı, hipertoniya və digər pozulmalar, o cümlədən infarkt və insult, aşkar edilib.

Belə araşdırmalar bundan əvvəl də keçirilirdi. 2015-ci ildə keçirilmiş araşdırmalar göstərib ki, stress şəraitində işləyən insanlarda işmik insultun riski 22% artır. Alimlər ən stresli peşələr sırasında dayə və bərbər peşələrini qeyd edirlər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью