Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Belə oyunlarda problem var deyə düşünmürəm, çünki “Liverpul” böyük klubdur.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib:
“Bu ilin əvvəlindən onlar Çempionlar Liqasında yaxşı nəticələr əldə edirlər. Ola bilər ki, Premyer Liqadakı nəticələr klubun tələblərinə görə ürəkaçan deyil, amma Çempionlar Liqasında ən yaxşı oldular. Bu isə komandanın oyun üslubu, futbolçuların bir-birini tamamlaması düşündüyümüz problemləri aradan qaldırır. Odur ki, biz həddindən artıq diqqətli olmalıyıq”.