Hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb

25.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb.

APA xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı T.Məmmədli tutulub.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью