“Hədəf 1 ci liqadakı yerimizi qorumaqdı”

24.08.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən mövsüm 2-ci liqada 3-cü yeri tutmaqla 1-ci liqaya yüksələn “Şimal” ciddi sponsor problemi yaşayır. "Football-plus.az"a açıqlama verən klub prezidenti Qılman İbrahimov sponsor yoxluğundan gileylənmişdi.

Bəs indi vəziyyət necədi, yaxşılığa doğru dəyişiklik varmı? Yenidən prezidentlə əlaqə saxladıq:

“Məsələ hələ də açıq qalır. Bəlli deyil ki, sponsor olacaq, ya yox. Bütün planlarımız federasiyanın verəcəyi pul (AFFA 1-ci liqa klublarına 300 min manat ayırır – red.) üzərində qurulub. Bəli, problemlər hamısı Tural Cəlilovun üzərində qalıb. İnşallah, yanvara qədər sponsor tapsaq, qış “transfer pəncərəsi“ndə yaxşı transferlər etməyə çalışacağıq. Olmasa da, hədəf 1-ci liqadakı yerimizi qorumaqdı”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью