Hədəf dünya çempionluğudur!

15.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Hədəf dünya çempionluğudur!

Fransa millisinin hücumçusu Kilyan Mbappe Ukraynaya qarşı keçirilən (4:0) dünya çempionatı seçmə oyunu sonrası komandanın mundialdakı əsas hədəfini açıqlayıb.

QOL.az-ın RMC-ə istindən yaydığı məlumata görə, o, Fransanın məqsədinin yarımfinala çıxmaq yox, dünya çempionu olmaq olduğunu deyib:

“Məqsəd yarımfinala yüksəlmək deyl, dünya çempionluğunu qazanmaqdır. Dünya çempionatı hər kəsin arzusudur. Bura gələn 48 komandanın hamısı qələbə üçün mübarizə aparır… Əgər yarımfinalda mübarizəni dayandırsaq, deyə bilərik ki, hədəfimizə nail olmamışıq”.

Qeyd edək ki, Fransa D qrupunun lideri kimi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью