Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“İmişli” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Kəpəz”in qonağı olacaq.
Bölgə təmsilçisinin futbolçusu Ezekiel Morqan matçla bağlı “Futbolpress.az”a fikirlərini bölüşdü:
“Ötən tur bizim üçün çox əhəmiyyətli qələbə qazandıq. “Qəbələ” güclü rəqibdir və turnir cədvəlində bizi keçməmələri üçün üç xala ehtiyacımız var idi. Qələbə bizi daha inamlı edir.
Bu dəfə isə digər rəqiblərdən “Kəpəz”lə qarşılaşacağıq. Onlar da son oyunlarda qalib gəlmir və istəkli olacaqlar. Rəqibə hörmətlə yanaşırıq. Hədəf qələbə qazanmaqdır”.
24 yaşlı yarımmüdafiəçi bu mövsüm çempionatda 26 oyunda meydana çıxıb. Morqan şəxsi çıxışını dəyərləndirdi:
“Həmişə daha çox oynamaq, meydanda olduğum müddətdə komandama kömək etmək istəyirəm. Məşqlərdə çox çalışıram və hər an oynamağa hazır oluram. İnanıram ki, daha da yaxşılaşdırmalı olduğun şeylər var. Yüksək səviyyəyə çatmaq, komandamın yaxşı nəticələr qazanmasına kömək etmək istəyirəm”.
“Kəpəz” – “İmişli” oyunu saat 15:30-da start götürəcək.
Şahin Cəfərov