Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Azərsilah" ASC-nin tərkibində fəaliyyət göstərən "Zireh" MMC-nin rəhbəri Abas Quliyev deyib.
Onun sözlərinə görə, "MB-24000" 24 kilovat gücə malikdir və 300 metrlə dörd kilometr arasında təsirli işləmə məsafəsinə sahibdir.
A.Quliyev bildirib ki, sistem yüksəklikdə və yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkarlanması, izlənilməsi və məhv edilməsi üçün hazırlanıb.
O qeyd edib ki, sistemin radar vasitəsilə hədəfləri aşkarlama məsafəsi səkkiz kilometrə çatır. Süni intellekt əsaslı avtomatik izləmə texnologiyası ilə təchiz olunan kompleks gündüz və termal kameralarla da işləyir.
"Hazırda sistem sınaqdan keçirilib. Təxminən 3-4 kilometr məsafədə kiçik hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi üzrə sınaqlar aparılıb", - deyə şirkət rəhbəri bildirib.
Qeyd edək ki, "MB-24000" lazer sisteminin soyutma prosesi maye soyutma texnologiyası əsasında həyata keçirilir.