Hədəfim 700 dür Maksimum bal toplayan məktəbli

28.04.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. 

300 bal toplayanlardan biri Naxçıvan məktəblisi Heydərov İbrahim Xəyal oğludur. O, Naxçıvan şəhər 11 saylı orta məktəbin (C.Naxçıvanski adına) şagirdidir.

Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, 300 bal gözləməsə də yüksək nəticə gözləyirmiş:

“Bu nəticəyə nail olmaq üçün çox çalışmışdım. İstəyərdim ki, maliyyə yaxud iqtisadiyyat ixtisası üzrə təhsil alım. Öz əməyimin nəticəsini bu nəticə ilə gördüm. Blok imtahanına da ciddi hazırlaşaraq 700 yaxud 680-dən yüksək nəticə əldə etmək istəyirəm. Abirutiyentlərə məsləhətim odur ki, məqsədlərinə nail olmaq üçün çox çalışsınlar. Bacardıqlarının ən yaxşısını etsinlər ki, məqsədlərinə nail olsunlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью