Qol.az saytına istinadən Icma.az xəbər verir. “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun QOL.az saytına müsahibəsi - Artıq bir neçə gündür məş
Hazırlıq necə keçir? - Hər şey qaydasındadır. Gündə iki dəfə məşqə çıxırıq. Fiziki gücümüzü artırmaq üçün ağır məşqlər keçirik.
Yoxlama oyununu da fiziki yüklənmənin təsiri altında keçirdik. Nələrsə alındı, nələrsə yox.
Əsas odur ki, yanvarın 18-dəki çempionat oyununa hazır olaq.
- Yoxlama oyunundan danışmışkən, “Araz-Naxçıvan”la 2:2-lik bərabərliyi necə şərh edə bilərsiniz?
- Bu oyun barədə geniş fikir bildirmək istəməzdim. Hər hissədə fərqli heyətlərlə oynadıq. Meydanda gənclər də var idi.
Əsas odur ki, indiki məqamda qaçmaq, tempi tutmaq, oyun praktikasını artırmaq bizim üçün vacibdir.
- Mövsümün ikinci yarısında “Sumqayıt”dan nə gözləmək olar? - Əsas kuboku fikirləşirik. Çünki nəsə etmək üçün orada şansımız daha realdır.