Hədəfimiz qələbədir Luis Enrike

06.05.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 5:4 hesabı ilə məğlub etdiyi "Bayern Münhen"in qonağı olacaq PSJ-nin baş məşqçisi Luis Enrike cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "RMC Sport" belə çatdırıb:

"Həmişə mükəmməlləşməyə hədəflənirik. İlk görüşümüzdəki 5:4 hesabını çıxsaq, "Bayern"lə qalan bütün oyunlarımızda adi nəticələr qeydə alınıb. Bütün matçlara qələbə üçün çıxırıq. Bu dəfə də hədəfimiz qələbədir. Əlbəttə, qalib gəlmək asan missiya deyil, amma bumövsümkü səfər matçlarımızdan razıyıq. 

Hə, 1 top fərqi ilə üstünük. Lakin bu, futbolda heç nə demək deyil. Ötən ilin təcrübəsindən faydalanmalıyıq. Hər zaman azarkeşlərimizi sevindirmək istəyirik. 

Münhendə özümüzü heç vaxt olmadığı qədər rəqabətədavamlı kollektiv kimi göstərmək istəyirik. Bir dəfə Rafael Nadal demişdi ki, karyerasının bəlli dönəmində Federer və Cokoviçlə matçlar onun üçün motivasiya olub. Biz də "Bayern"dən ilhamlanırıq. Ancaq bu motivasiya daha yaxşı olmağımız üçündür. Sensasiyalı oynayan rəqibi yenməyə çalışacağıq".

Bu cütün qalibi mayın 30-da Budapeştdə baş tutacaq finalda "Arsenal"la üz-üzə gələcək. 

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью