Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
1-ci Liqanın 5-ci turunda çempionatın lideri "Şəfa" "Baku Sportinq"in qonağı olacaq. Oktyabrın 17-də baş tutacaq görüş Buzovna qəsəbə stadionunda reallaşacaq. "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb qarşıdakı matçla bağlı fikirlərini öyəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibimizin büdcəsi bizimkindən ən azı 3 dəfə artıqdır. Buna baxmayaraq, hədəfimiz "Şəfa"ya qarşı yaxşı oyun göstərib yaxşı nəticə qazanmaqdır. Öz komandama, öz futbolçularıma inanıram. Meydana uğur qazanmaq üçün çıxacağıq".
Nihat