Hədiyyə, jeton atanları da cəza gözləyir? Tiktokerlərin izi ilə… | Icma.az
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tanınmış aparıcı Azər Zahid (“azerzahid6669966”), eləcə də “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri Abdullayev Emin və Rəşad qardaşlarının və digərlərinin əxlaqsızlığın təbliğinə görə saxlanılması cəmiyyətdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, “TikTok”da əyləncə yarışları təşkil edənlərin saxlanılması çoxluq tərəfindən dəstəklənib.
Sosial şəbəkə istifadəçilərinin çoxu adı çəkilən tiktokerlərlə yanaşı onlara jeton, hədiyyə göndərənlərin də saxlanılmasını tələb ediblər.
Bəs hüquqi baxımdan bu mümkündürmü? Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, tiktokerlərin hansı maddə ilə sax
Bununla belə, o, hüquqi baxımdan tiktokerlərin hansı maddə ilə saxlanıla biləcəyindən danışıb: “Mən burada bir pozuntu görə bilmirəm.
Cinayət Məcəlləsinin 153-cü maddəsində 16 yaşına çatmamış şəxsi seksual fəaliyyəti müşahidəyə cəlb etmə məsələsi var.
Tutaq ki, kimsə seksual fəaliyyət göstərirsə, ona baxanlar arasında 16 yaşına çatmamış şəxslər ola bilər.
Tam oxu
Xəbəri oxu