Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Prezident Donald Trampın Çikaqoda cinayətə qarşı federal mübarizə təhdidindən sonra polis İşçi Bayramı zamanı şəhərdə silahlı zorakılığa dair məlumatları açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamından bazar günü gecə yarısına qədər şəhər daxilində 32 müxtəlif silahlı hücum baş verib. Bu hücumlarda azı 54 nəfər güllələnib, 7 nəfər isə ölüb.
Yaralananlar arasında evdə oturarkən güllə dəymiş gənc qız və küçədə maşınların çarpaz atəşinə tutulmuş kişi də var.
Qeyd edək ki, Çikaqo polisi hadisələrlə bağlı yeni tədbirlər görməyə başlayıb.
Məhəmməd Tağıyev