Həftədə dörd yumurta yemək görün nələr edir

20.11.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

San Dieqo Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, həftədə iki-dörd yumurta yemək qanda xolesterinin səviyyəsini aşağı salır.

News24.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Elmi qrup 890 kişi və qadının sağlamlığı və qidalanma vəziyyəti ilə bağlı məlumatları təhlil etdikdən sonra bu qənaətə gəlib. Məlumatlar 1988-ci ildə başlayan uzunmüddətli sağlamlıq araşdırmasının bir hissəsi kimi əldə edilib.

Alimlər qeyd ediblər ki, yumurta zülallar, amin turşuları və xolesterol ilə zəngindir və bu, sağlam neyronların saxlanmasına kömək edə bilər. Bundan əlavə, yumurtanın tərkibində koqnitiv funksiyanı yaxşılaşdıran karotenoidlər və B4 vitamini (kolin) var. O, toxumaların qurulmasında və bir sıra zəruri maddələrin, o cümlədən beyin və sinir liflərinin sintezində mühüm rol oynayır.\\Teleqraf.com 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью