Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Masturbasiya dünyanın hər yerində cinsi istəyi ödəmək üçün istifadə olunan vasitələrdən biridir.
Əksərən masturbasiya ilə məşqul olan insanlar cinsi partnyoru olmayan subay kişilərdir ki, onlar cinsi əlaqədə ola bilmədikləri təqdirdə alacaqları zövqü masturbasiya ilə alırlar".
Bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu Mirhikmət Qiyasov Sağlamolun.az-a mövzu ilə bağlı danışarkən deyib.
Həkim bildirib ki, masturbasiyanın xeyiri və ziyanı ilə bağlı fikirlər bir mənalı deyil: "Cinsi münasibəti olmayan insanlar üçün həftədə 2,3 dəfə masturbasiya etmək patoloji bir hal deyil amma bəzən buna aludəçi olan insanlar normal cinsi əlaqənin əvəzinə masturbasiya edirlər.
Xüsusən bəzi hallarda evli bəylər də bundan istifadə edir hansı ki, normal cinsi əlaqədən alacaqları həzzi masturbasiya ilə əvəz eləməyə çalışırlar.
Bu da normal sayılmır". O, masturbasiya ilə məşqul olan insanların üzləşəcəyi fəsadları da diqqətə çatdırıb: "Əgər kişilər aludəçi olarsa, n
Masturbasiyada qarşı tərəf olmadığı üçün insan daha tez orqazma çatmağa çalışır ki, bu zaman da erkən boşalma kimi hallar ortaya çıxar".