Icma.az, Ayna saytına istinadən bildirir.
Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Gecə 12-15, gündüz 17-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.