Icma.az, Konkret.az saytına istinadən bildirir.
Yanvarın 26-da Azərbaycan avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.