Həftənin ilk iş gününün hava proqnozu KONKRET

16.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindeən KONKRET.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью