Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1-ci gün: işə gəlirəm, qarşımda gedən gənc oğlanın çırtmıq çalması diqqətimi cəlb edir.
Arxadan baxıram ki, bu oğlan elə bil toy ab-havasındadır. Addımlarımı yeyinlədirəm ki, yanından ötəm, bunun üzünə baxam, görəm ki, bu adam n
Ona çatıram, yanından sürətlə ötəndə üzünə ötəri bir nəzər salıram, görürəm ki, qulağında qulaqcıq, öz kefindədir, yolun ortasındaca sanki t
2-ci gün: işdən evə gedirəm, küçənin o başından bir cavan oğlan gəlir, öz-özünə danışa-danışa, əl-qolunu ölçür-biçir.
Deyirəm, bismillahir-rəhmanir-rəhim, bunun başına hava gəlib, görəsən. Bu, kimlə danışır? Yaxınlaşıram.
Eşidirəm ki, oğlan kiməsə tapşırıq verir, onu belə et, bunu belə et. Lakin ətrafda heç kim yoxdur.
Baxıram ki, qulağında qulaqcıq, məsələ aydın olur... 3-cü gün: küçədə gedirəm, ucadan bir zümzümə diqqətimi çəkir.