Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 14-dən 30-dək Bakı–Ağstafa–Bakı marşrutuna həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.