Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

19.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 17-də və 18-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,5 kiloqrama yaxın heroin, 25,6 kiloqrama yaxın marixuana, 4,3 kiloqrama yaxın tiryək, 1,3 kiloqramdan çox metamfetamin, 570 ədəd psixotrop tərkibli həb və 20 ədəd çətənə kolu olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью