Həftəsonu bu bürclərə sevgi, pul gətirəcək

13.11.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

14–15 noyabr tarixlərində bürclər üçün münasibətlər, maliyyə və şəxsi qərarlar ön plana çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Merkuri və Veneranın geriləmə hərəkətinin başa çatması ilə ünsiyyətdə aydınlıq, münasibətlərdə isə yeni fürsətlər yarana bilər. Həftəsonu bəzi bürclər üçün barışıq, digərləri üçün isə yeni başlanğıclar vəd edir. 

Qoç

Həftəsonu maliyyə məsələlərinə diqqət yetirməli olacaqsınız. Gözlənilməz xərclər planlarınızı dəyişə bilər. Şəxsi münasibətlərdə isə açıq danışmaq bir çox anlaşılmazlığı aradan qaldıracaq.

Buğa

Münasibətlərdə müsbət dəyişikliklər gözlənilir. Uzun müddətdir aranızda soyuqluq olan biri ilə yenidən yaxınlaşa bilərsiniz. Maliyyə qərarlarında isə tələsməyin.

Əkizlər

Həftəsonu yarımçıq qalan işləri tamamlamaq üçün əlverişlidir. Dostlarla görüşlər və yeni tanışlıqlar əhvalınızı yüksəldə bilər. Sevgi həyatınızda xoş sürpriz mümkündür.

Xərçəng

Ailə və şəxsi həyatınız diqqət mərkəzində olacaq. Yaxınlarınızla vaxt keçirmək sizə müsbət enerji verəcək. Münasibətlərdə qarşılıqlı anlayışa üstünlük verin.

Şir

Özünüzü ifadə etmək və diqqət mərkəzində olmaq istəyəcəksiniz. Yeni planlar qurmaq üçün yaxşı həftəsonudur. Ancaq emosiyalarınıza hakim olmağa çalışın.

Qız

Maddi məsələlər və gələcək planlarınızla bağlı düşünmək üçün münasib zamandır. Gözlədiyiniz bir xəbər ala bilərsiniz. Şəxsi münasibətlərdə isə səmimiyyət önəm qazanacaq.

Tərəzi

Veneranın geriləmə hərəkətini başa çatdırması münasibətlərdə aydınlıq yarada bilər. Keçmişdə yarımçıq qalan söhbətlər yenidən gündəmə gələcək. Özünüzə və istəklərinizə daha çox vaxt ayırın.

Əqrəb

Daxili dəyişikliklər və yeni qərarlar həftəsonunun əsas mövzusu olacaq. Keçmişdə sizi narahat edən məsələlərə fərqli yanaşa bilərsiniz. Tələsmədən hərəkət etmək faydalıdır.

Oxatan

Dostlar və sosial çevrənizlə bağlı canlanma yaşanacaq. Yeni görüşlər və dəvətlər gündəminizi dəyişə bilər. Gələcək planlarınızla bağlı maraqlı təklif ala bilərsiniz.

Oğlaq

Karyera və maliyyə məsələləri diqqət tələb edəcək. Uzun müddətdir gözlədiyiniz bir fürsət yenidən qarşınıza çıxa bilər. Şəxsi həyatınızda isə sakitliyə ehtiyac duyacaqsınız.

Dolça

Yeni ideyalar və fərqli planlar gündəmə gələcək. Səyahət, təhsil və şəxsi inkişafla bağlı qərarlar verə bilərsiniz. Həftəsonu yeni insanlarla tanışlıq üçün də əlverişlidir.

Balıqlar

Həftəsonu emosional baxımdan daha həssas ola bilərsiniz. Yaxın münasibətlərdə səmimi söhbətlər problemlərin həllinə kömək edəcək. Maliyyə məsələlərində ehtiyatlı davranın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью