Həftəsonu Geminid meteor selinin piki olacaq | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər il dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.
Geminidlər ən intensiv dövri meteor sellərindən biridir. Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür.
Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə izlənə bilər.
Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar.
Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.
SİA-nın məlumatına görə, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Meteor selləri adətən komet mənşəli olurlar. Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir.
Tam oxu
Xəbəri oxu