Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq. Hər il dekabrın 4-dən 20-dək təkrarlanan “Geminid” meteor selinin piki ayın 13-dən 14-ə
Aysız səmada həmin vaxt saatda 150-dək meteoru müşahidə etmək mümkündür.
Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də az intensivliklə izlənilə bilər.
Qeyd olunub ki, selin radiantı əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar.
Ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə davam edə bilər.Meteor selləri adətən komet mənşəli olurlar.
Lakin “Geminid”lər 3200 “Faeton” adlı səma cismi ilə əlaqələndirilir.
1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır.
Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir. Çünki, Günəşə yaxınlaşdıqda “quyruq” yaratmır.