Həftəsonu Geminid meteor selinin piki olacaq AZƏRTAC | Icma.az
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 11 dekabr, AZƏRTAC Hər il dekabrda təkrarlanan Geminidlər meteor selinin pik
Geminidlər ən intensiv dövri meteor sellərindən biridir. Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür.
Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə izlənə bilər.
Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar.
Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.Bu barədə AZƏRTAC-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Meteor selləri adətən komet mənşəli olurlar.
Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir.
1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır.
Faetonun asteroid, yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda “quyruq” yaratmır.
Tam oxu
Xəbəri oxu