Həftəsonu hava şəraiti necə olacaq?

30.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 31-i və noyabrın 1-i ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bü müddətdə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

Gülşad Məmmədova deyib ki, həftəsonu bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə 13-18 dərəcə isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью