Həftəsonu ölkədə hava necə olacaq? KONKRET

07.08.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 8-i və 9-u ölkə ərazisində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.

KONKRET.az bildirir ki, bu barədə “Azərtac”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, qeyd edilən günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də növbəti 2 gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə qısa müddətdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью