Həftəsonu səfərə hazırlaşan sürücülərə xəbərdarlıq | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə deyilir: "Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır!" Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu