Həftəsonu temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK

14.03.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Bildirilib ki, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью