Həftəsonunu harada keçirək? | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Həftə içi gərgin iş rejimi insanı həm fiziki, həm də mənəvi olaraq yorur.
Bu səbəbdən həftəsonlarını daha yaxşı keçirmək, mədəni istirahət etmək üçün bütün fürsətlərdən istifadə önəmli rol oynayır.
Modern.az sizə həftəsonu gedə biləcəyiniz yerləri təqdim edir: “Dantenin Yubleyi” tamaşası Ərşad Ələkbərov Xalq yazıçısı Anarın eyniadlı povestinin motivləri əsasında səhnələşdirib.
Tamaşa bu gün saat 19:00-da Azərbaycan Milli Dram Teatrında göstəriləcək.
Teatr nə sənətdə, nə də ailədə yeri olan, eyni zamanda gücsüz, əlacsız, amma saf insanın – Kənirinskinin faciəsini göstərir.
Kəbirinski teatrda, sənətdə istedadsız və faydasız olsa belə, həyatda bir yer tutmaq istəyən, eyni zamanda cəmiyyətin dəyişə bilmədiyi insandır.
Bu obraz kütlənin gülmək istədiyi qəhrəmandır, çünki o, istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən aktyordur.
Tamaşa bu kiçik, istedadsız aktyor-insanın faciəsindən, "gülməli" aqibətindən bəhs edir.
Tam oxu
Xəbəri oxu